ELM VƏ TƏHSİL


Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Son zəng” çalınıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakının Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Arif Qasımov məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Məktəbin direktoru Sevda Abdullayeva şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb.

Məzunların həyatında yeni mərhələnin başlanıldığını deyən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva onların hər birinin müstəqil Azərbaycanın gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb.

Mərasim məktəbin şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.