CƏMİYYƏT


Nizami rayonundan bir qrup gənc Ekoparkda olub

Bakı, 26 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və partiyanın Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 may–Respublika Günü münasibətilə bir qrup gənc Ekoparka səfər ediblər. Ekoloji Parkda təhlükəsizlik təlimatı ilə tanışlıqdan sonra gənclərə “EkoPark” Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, gəzinti zamanı gənclər Ekoparkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla da tanış olublar.

Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları gənclərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, kompleks üç əsas hissədən-toxum, böyütmə və yetişdirilməsi xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılmış oranjereya şöbələrindən ibarətdir. İstixanada ildə bir milyon ədəd şitil yetişdirmək mümkündür. Ekoparkda bitki növlərinin yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda yetişdirilməsi, yaşıllıq zolaqları salınan sahələrdə əkindən sonrakı uyğunlaşma prosesinin normal keçməsi və təbii itkilərin minimuma endirilməsi üçün hər cür şərait var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.