İQTİSADİYYAT


Nizami rayonunun Qara Qarayev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

İyul ayının 22-dən 23-nə keçən gecədən etibarən Nizami rayonunun Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (“Neftçilər” metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi təmir işləri ilə əlaqədar olaraq qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır.

“Azəravtoyol” ASC –nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu nəzərə alaraq sürücülərdən alternativ yollar seçmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.