İDMAN


Nizami rayonunun şahmat üzrə çempionları müəyyənləşib

Bakı, 21 aprel, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə şahmat yarışı keçiriblər.

AZƏRTAC xəbər verir ki, yarışda hər birinin heyətində beş şahmatçı olan 24 komanda iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan yarışın qalibi 238 nömrəli orta məktəbin kollektivi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, 220 və 251 nömrəli orta məktəblər tutublar.

Yarış başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 61 nömrəli orta məktəbin direktoru, rayon təşkilatının Şura üzvü Zemfira Şıxəliyeva, 277 nömrəli orta məktəbin direktoru Nigar Hüseynova və başqaları Azərbaycanda idmana olan dövlət qayğısından söz açıblar.

Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda qaliblərə medallar və diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.