İQTİSADİYYAT


Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 6 yanvar, AZƏRTAC

Bakının Nizami rayonunun Ə.Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 millimetrlik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan 18:00-dək Nizami rayonunun 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Xətai rayonunun Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.