ELM VƏ TƏHSİL


Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib

Bakı, 18 mart, AZƏRTAC 

Paytaxtdakı 220 nömrəli məktəb-liseydə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Nizami və Nərimanov rayonları üzrə keçirilmiş qəbula gələnlər məktəblərin təmiri, maddi-texniki təminat, fərdi təhsil və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.