DÜNYA


Nobel komitəsi ədəbiyyat üzrə mükafatın laureatının elan olunmasını təxirə salıb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı oktyabrın 13-də məlum olacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Nobel komitəsinin üzvü Per Vestberq bildirib. Onun sözlərinə görə, ədəbiyyat üzrə laureatın elan olunması prosesi komitənin iş qrafiki ilə əlaqədar əvvəlki illərdə olduğundan bir qədər gec baş tutacaq.

Digər sahələrdə mükafat sahiblərinin adlarının isə gələn həftə elan ediləcəyi gözlənilir. Tibb üzrə Nobel mükafatı laureatı isə oktyabrın 3-də bəlli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.