CƏMİYYƏT


Nobel laureatı astmanın qarşısını alan yeni vasitə yaradıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Nobel laureatlarından biri, mikrobiologiya sahəsində professor Barri Marşall qida allergiyasının və bronxial astmanın qarşısını alan preparat hazırlayıb. AZƏRTAC “ABC News” saytına istinadla xəbər verir ki, dərman insanın immun sisteminə təsir göstərir, fəallığı ifrat həddə çatanda onu sakitləşdirir.

Alimin sözlərinə görə, bu preparat qastrit və xoranın inkişafını oyadan helikobakter bakteriyalarının öyrənilməsi üzrə əvvəlki tədqiqatın bəhrəsidir. Bu bakteriya növü mədədəki yerli immuniteti zəiflədir və çoxalma üçün şərait yaradır. Oxşar kimyəvi mexanizmdən istifadə edən Marşall immuniteti sıradan çıxaran preparat yarada bilib. Bu qidaya allergiyası və bronxial astması olan insanların həyatını xeyli yaxşılaşdırmağa imkan verəcək. Hazırda dərman toz şəklindədir. Onu qida və içkilərə əlavə etmək olar. Alim indidən yeni vasitənin səmərəli olacağına əmindir, lakin bu dərman birləşməsinin təhlükəsizliyini yoxlamaq üçün bir neçə il tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.