REGİONLAR


Nobel mükafatı laureatı Arye Varşel Sumqayıtda tələbələrlə görüşüb

A+ A

Sumqayıt, 28 sentyabr, AZƏRTAC

Kimya üzrə 2013-cü ilin Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin professoru Arye Varşel və xanımı Tami Varşel sentyabrın 28-də Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə görüşüblər.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, universitetin rektoru, professor Elxan Hüseynov ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. O, universitetin beynəlxalq layihələrdə qazandığı uğurlardan, həmçinin xarici universitetlərlə qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Rektor universitetin 3 ixtisasının Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatına layiq görülməsi barədə məlumat verib, ali təhsil ocağının “Mövlana Mübadilə Proqramı”na qoşulduğunu, TEMPUS layihələrində uğurla iştirak etdiyini diqqətə çatdırıb.

Sonra Nobel mükafatı laureatı Arye Varşel professor-müəllim və tələbə heyəti ilə görüşüb. Arye Varşel bildirib ki, o, kimyəvi və bioloji sistemlərin molekulyar modelləşdirilməsinin müasir metodlarının əsasını yaratdığı üçün Nobel mükafatına layiq görülüb. Professor, həmçinin Azərbaycana üçüncü dəfədir səfər etdiyini, hər səfərində də ölkəmizin inkişafının şahidi olduğunu deyib. Nobel mükafatçısı sabah V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.