ELM VƏ TƏHSİL


Nobel mükafatı laureatı Bakı Dövlət Universitetində aparılan elmi araşdırmaları yüksək dəyərləndirib

Bakı, 13 iyun, AZƏRTAC

Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, əslən türk olan Əziz Sancar Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə səfər edən Ə.Sancar ilə görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi və inkişaf mərhələləri, beynəlxalq əlaqələri, qrant layihələrində iştirakı barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin elmə, təhsilə xüsusi önəm verdiyini vurğulayan rektor bu sahədə aparılan islahatların əhəmiyyətini qeyd edib, eyni zamanda, BDU-da Nobel mükafatları laureatları, dünyanın tanınmış alimləri və mütəxəssisləri ilə keçirilən görüşlərdən danışıb.

Görüşdən məmnunluğunu bildirən Ə.Sancar elmin müxtəlif sahələrində, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlərlə maraqlanıb.

Sonra görüş BDU-nun Nanoaraşdırmalar Mərkəzində kimya və fizika fakültələrinin müəllim və tələbələrinin iştirakı ilə davam edib.

Akademik A.Məhərrəmov bildirib ki, ötən illər ərzində mərkəzdə Nobel mükafatları laureatlarının, dünyanın tanınmış alimlərinin mühazirələri dinlənilib.

Ə.Sancar mərkəzdə yerinə yetirilən işləri, nanotexnologiya sahəsində aparılan araşdırmaları yüksək dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.