İQTİSADİYYAT


Nobel prospektində hərəkətin təşkilində daha bir yenilik ediləcək

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət işıqforla ikifazalı rejimdə nizamlanacaq.

Bundan başqa, Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulur. Geri dönmə hissələr Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.

Hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması “Azəravtoyol” ASC-nin, DİN-in BDYPİ-nin, BŞİH-in və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin birgə razılığına əsasən gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.