İQTİSADİYYAT


Nobel prospektində yeni piyada keçidinin inşası tamamlanır VİDEO

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Nobel prospektində yeni piyada keçidinin inşası tamamlanır.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində 2 yeraltı piyada keçidinin tikintisi işləri aparılır.

Hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.

Xəqani Rüstəmov küçəsi İlə Nobel prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində qalereyanın tikintisi yekunlaşıb. Hazırda orada üzlənmə işləri aparılır.

Ümumilikdə keçidin inşası zamanı uzunluğu 14 metr olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 metr uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib. Bundan başqa keçid 2 qat ruburoid materialı ilə izolyasiya olunub, üzlənmə üçün istifadə olunan 2500 kvadratmetr mərmər-qranit işlərindən 1000 kvadratmetr görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.

Xəqani Rüstəmov Küçəsi İlə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə uzunluğu 14 metr olan 354 dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.