İQTİSADİYYAT


Nobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb. Artıq vətəndaşlar keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər.

“Azəravtoyol” ASC-dən AZƏRTAC-a bildiriblər ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə “Bulvar” otel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 metr, eni isə 45-100 metr arasında dəyişir.

Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.

Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 santimetr qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 poqonmetr mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.