REGİONLAR
Nodulyar dermatit virus xəstəliyi qeydə alınmış bölgələrdə peyvəndləmə işlərinə başlanılıb
Bakı, 5 mart, AZƏRTAC
Respublikada 35 rayonda iribuynuzlu heyvanlar arasında nodulyar dermatit virus xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib.
Onun sözlərinə görə, profilaktiki məqsədlə fevralın 15-dən etibarən xəstəlik qeydə alınmış bölgələrdə peyvəndləmə işlərinə başlanılıb. Bu tədbirlərin martın sonunadək başa çatması nəzərdə tutulur. Hələlik yeni xəstə heyvanlar qeydə alınmayıb və vəziyyət tam nəzarətdə saxlanılır.
Qeyd edək ki, ötən il ölkə baytarları nodulyar dermatit virus xəstəliyinə qarşı effektiv mübarizə aparıblar. Bu xəstəliyin ölkəmizdə ilk dəfə qeydə alınmasına və müvafiq təcrübənin olmamasına baxmayaraq, mütəxəssislər virusa yoluxmuş 6040 baş iribuynuzlu heyvandan 5781-ni sağalda biliblər.