DÜNYA


“Nokia” 133 milyon avro itirib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Finlandiyanın “Nokia” şirkətinin itkiləri bu ilin üçüncü rübünün nəticələrinə əsasən, 133 milyon avro təşkil edib. Şirkətin rüblük gəliri 7 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, istehsalçının yaydığı məlumata görə, 2015-ci ilin analoji dövründə 188 milyon avro həcmində gəlir qeydə alınıb.

Cari ilin üçüncü rübündə şirkətin gəlirləri təxminən 6 milyard avroya çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə və ya 93,75 faiz çoxdur. Şirkətin əməliyyat mənfəəti 6 dəfə azalaraq 556 milyon avro təşkil edib.

Hesabatda qeyd olunur ki, “Nokia” isveçli rəqibi “Ericson” şirkətindən daha yaxşı göstərici əldə edib.

Bundan əvvəl bildirilib ki, “Samsung” şirkətinin mənfəəti üçüncü rübdə 30 faiz azalıb. Buna səbəb batareyalarında problemlər müəyyən olunmuş “Galaxy Note 7” smartfonlarının geri çağırılması olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.