DÜNYA


“Nokia 6” smartfonu rəsmən təqdim olunub

Bakı, 9 yanvar, AZƏRTAC

Finlandiyanın “Nokia” şirkəti mobil telefonlar bazarına geri qayıtdıqdan sonra ilk smartfonunu təqdim edib. Yaxşı texniki xüsusiyyətlərə malik qurğu “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, “Nokia 6”nın dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb.

Nokia 6” smartfonunun tanıtımı ilə məşğul olacaq Finlandiyanın “HMD Global” şirkəti bu cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni qurğunun ekranı 5.5 düym, “Full HD”, prosessoru “Qualcomm Snapdragon 430”, əməli yaddaşı 4 giqabayt, daimi yaddaş isə 64 giqabaytdır.

“Nokia 6” smartfonu hələ ki yalnız “JD.com” resursu üzərindən Çində satılacaq. Qiyməti 245 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.