DÜNYA


“Nokia 8” smartfonunun qiyməti açıqlanıb

Bakı, 31 iyul, AZƏRTAC

Rəsmən təqdim edilməyən qabaqcıl “Nokia 8” smartfonunun Avropa üçün qiyməti açıqlanıb.

AZƏRTAC “Ferra” resursuna istinadən xəbər verir ki, “Vodafone” operatorunun məlumatına görə, smartfonun qiyməti 517,42 avro təşkil edəcək ki, bu da gözlənilən 600 avrodan azdır.

Bundan əvvəl yayılan məlumatlara görə, “Nokia 8” modeli “Quad HD” (2560 x 1440 piksel ) təsvir ölçülü 5,3 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, 13 meqapikselli qoşa əsas “Carl Zeiss” kamerası ilə təchiz ediləcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon mavi, polad rəngli, qızılı-mavi və qızılı-mis rənglərində buraxılacaq.

Qurğunun rəsmi təqdimatı avqustun 16-da Londonda keçiriləcək tədbirdə gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.