DÜNYA


“Nokia” smartfonlar bazarına qayıdır

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

"Nokia" brendli mobil qurğuların istehsalı hüququna malik “HMD Global” şirkətinin nümayəndələri 2017-ci ildə məşhur Finlandiya əmtəə nişanı ilə smartfonların buraxılacağını rəsmən təsdiq ediblər. Bu barədə bəyanat sərmayədarlar üçün “Nokia's Capital Markets Day 2016” tədbirində səsləndirilib.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, yeni “Nokia” smartfonlarının gələn ilin fevralında illik “Mobile World Congress” (MWC 2017) sərgisində təqdim ediləcəyi gözlənilir. Şirkətin debütünün 5,5 düymlük “Full HD” ekran və səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru ilə təchiz edilən “Nokia D1C” qurğusunun olacağı bildirilir. Smartfon ən yeni “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Məlumata görə, smartfonlar bazarından başqa “HMD Global” digər istiqamətləri, o cümlədən virtual reallıq texnologiyasını inkişaf etdirməyi planlaşdırır. Müvafiq patent hüququnun 2018-ci ildə alınaraq rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu il artıq virtual reallıq videosunun yaradılması üçün “Nokia OZO” adlı xüsusi kamera təqdim edilib.

Qeyd edək ki, 2013-cü ildə Finlandiya istehsalçısı və “Microsoft” korporasiyası arasında telefonların istehsalı ilə bağlı biznesin satılması üzrə imzalanan sazişin şərtlərinə görə, “Nokia” 2016-cı ilin dördüncü rübünədək smartfonlar istehsal etmək hüququna malik deyil. Bundan başqa, “Nokia” 2024-cü ilədək mobil telefonlar üzərində öz brendini yerləşdirmək hüququndan məhrum edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.