DÜNYA


Nokia telefonları da Android platformasında buraxılacaq

A+ A

Bakı, 8 yanvar, AZƏRTAC

Nokia telefonları da Android platformasında buraxılacaq.

AZƏRTAC xəbər verir ki, smartfon bazarına qayıtmağı qərara alan Finlandiyanın HDM Global şirkəti bu il Nokia 6 smartfonunun istehsalına başlayacaq. Lakin Nokia-nın sahibi olan bu şirkət yeni telefonları yalnız Çində satmağı planlaşdırır.

Məlumatda bildirilir ki, smartfon 4 Gb RAM, 64 Gb daxili yaddaş və Android Nougat əməliyyat sistemi ilə təchiz olunacaq. Telefona 16 meqapiksellik arxa, 8 meqapiksellik ön kamera quraşdırılacaq. Yeni Smartfonun qiyməti Çində 250 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.