İQTİSADİYYAT
“Norm Sement” zavodunun məhsulları Avropa keyfiyyət nişanı ilə buraxılır
“Norm Sement” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zavod ilə institut arasında əldə edilmiş razılığa əsasən VDZ-nin mütəxəssisləri istehsal prosesinin texniki auditini həyata keçirirlər. Bununla yanaşı, müəssisədə istehsal olunan sement, habelə xammal və qatqı nümunələri institutun Düsseldorf şəhərindəki laboratoriyasında mütəmadi analiz edilir.
Nəticə etibarilə “Norm Sement” zavodunun məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatı təqdim edilib. Bu sertifikat Avropa İttifaqının tələb və normativlərinə uyğun istehsal edilən məhsula verilən sənəddir. CE nişanı məhsulun Avropa standartlarının tələblərinə cavab verdiyini təsdiqləyir.
Zavodda sementin keyfiyyətini nəzarətdə saxlamaq məqsədilə yaradılmış sement və beton laboratoriyaları dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. Hazırda üç çeşiddə (CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R və CEM II/A-P 42,5 R) sement istehsal olunur. Bu sement növləri satışa “Klass A”, “Klass B” və “Klass C500” adı ilə çıxarılır. Dayanıqlıq, temperatur dəyişikliyinə yüksək müqavimət, asan istifadə kimi səciyyəvi xüsusiyyətləri İlə fərqlənən “Norm” sementinin bazarda xüsusi çəkisi artmaqdadır.