ELM VƏ TEXNOLOGİYA


Normand adaları yaxınlığında bənövşəyi rəngli obyekt aşkarlanıb

A+ A

Bakı,29 iyul, G.Məlikova, AZƏRTAC

Amerikalı alimlər Normand adaları yaxınlığında bənövşəyi rəngli hərəkət edən, şara bənzər obyekt aşkar ediblər.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, elm adamları həmin obyektin canlı olduğunu düşünürlər. Belə ki, obyekt okeanın dibində təhlükələri aradan qaldıraraq son dərəcə ehtiyatla hərəkət edir. Tədqiqatçılar əvvəlcə onun mollyusk, parıltısının isə işığın əksi olduğunu zənn ediblər. Lakin həmin canlıdan alınan analizləri təhlil edən alimlər gözlənilməz nəticə ilə qarşılaşıblar. Məlum olub ki, onun bədənində bir neçə qat epiteli (əzələlərin və bədən boşluqlarının üstünü örtən toxuma) mövcuddur. Bu, obyekti bütün molyyusk növlərindən fərqləndirən xüsusiyyətdir. Bununla yanaşı, mollyuskların qeyri-cinsi çoxala bildikləri halda, bu canlının bu cür çoxalmağa qadir olmadığı bəlli olub.

Alimlər yaxın gələcəkdə bu canlı obyekti okeanın dibindən çıxarıb onu daha dərindən öyrənmək niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.