DÜNYA


“Normand dördlüyü” çərşənbə günü Berlində toplaşacaq

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Almaniya kansleri Angela Merkel “Normand dördlüyü” liderlərini Berlinə dəvət edib. Görüşün oktyabrın 19-da axşam saatlarında keçirilməsi planlaşdırılır.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bütün prezidentlərin administrasiyasından dəvətin qəbul olunduğunu təsdiqləyiblər. Tərəflər sammitdə Ukraynanın şərqində döyüş əməliyyatına son qoymalı olan “Minsk-2” sazişinin reallaşdırılması məsələsini müzakirə edəcəklər.

Moskva və Kiyev bir-birini sazişin reallaşdırılması yolunda müxtəlif maneələr yaratmaqda təqsirləndirirlər. Rusiya nümayəndələri bir daha bəyan ediblər ki, Moskva münaqişə tərəfi və “Minsk” sazişinin subyekti deyil.

Xatırladaq ki, “Normand dördlüyü”nə Almaniya, Fransa, Rusiya və Ukraynanın dövlət başçıları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.