DÜNYA
“Normand dördlüyü”nün nümayəndələri martın 6-da Berlində görüşəcəklər
Bakı, 3 mart, AZƏRTAC
Ukrayna, Fransa, Almaniya və Rusiyanın nümayəndələri martın 6-da Berlində görüşərək Donbasdakı son vəziyyəti müzakirə edəcəklər.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə razılıq “Normand dördlüyü”nün liderləri Petr Poroşenko, Fransua Olland, Angela Markel və Vladimir Putinin martın 2-də keçirilən telefon danışığında əldə olunub.
Prezidentlər Petr Poroşenko və Fransua Ollandın mətbuat xidmətləri məlumat veriblər ki, liderlər martın 6-da Berlində “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələr aparmağı qərara alıblar.
Almaniyanın DPA agentliyi bu ölkənin kanslerinin mətbuat katibinə istinadla məlumat yayıb ki, Angela Merkel görüşə Petr Poroşenko, Fransua Olland və Vladimir Putini də dəvət edib.