DÜNYA


Normandiyada kilsəyə hücum edən naməlum şəxslər rahibi qətlə yetirib

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Ruan şəhərindəki kilsədə insanları girov götürən naməlum şəxslər rahibin boğazını kəsərək onu qətlə yetirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bıçaqla silahlanmış canilər kilsəyə arxa qapıdan daxil olaraq aralarında rahibin və iki rahibənin olduğu 5 nəfəri girov götürüb.

Hazırda polis cinayətkarları zərərsizləşdirib. Əldə olan məlumata əsasən, əməliyyat nəticəsində daha bir girov ciddi xəsarət alıb.

Hadisə ilə əlaqədar olaraq başlayan təhqiqatı prokurorluğun antiterror bölməsi aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.