DÜNYA


“Noru” tufanı Yaponiyanın mərkəzi adasına yaxınlaşır

Tokio, 7 avqust, AZƏRTAC 

Avqustun 6-da Yaponiyanın cənub-qərbində yerləşən adalara güclü zərbə endirən “Noru” tropik qasırğası Hönşü adasına doğru hərəkət edir. Qasırğa nəticəsində iki nəfərin həlak olduğu, 16 nəfərin xəsarət aldığı bildirilir.

Avqustun 7-də günorta saatlarında “Noru” sahildən 60 kilometr məsafəyə, Şikoku adasının Tokuşima şəhərinin cənubuna çatıb.

Qasırğanın saatda 20 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir.

Yaponiyanın qərbində təqribən 15 min adama təxliyə xəbərdarlığı göndərilib. Yerli hakimiyyət orqanları sakinləri torpaq sürüşmələrindən, daşqınlardan və hündür dalğalardan qorunmağa çağırıb.

Təqribən 300 reys təxirə salınıb və aviaşirkətlər onların sayının artacağını bildiriblər.

Bazar günü Kyuşu adasına çatan tufan burda güclü yağışlara və küləyə səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.