İDMAN
Norveç 2022-ci il Qış Olimpiya Oyunlarının Osloda keçirilməsi üçün müraciətini geri çağırır
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Skandinaviya dövlətinin hökuməti zəruri maliyyə zəmanətləri təqdim etməyə hazır deyil.
Beləliklə, indi həmin olimpiadanın paytaxtı olmaq hüququ uğrunda iki şəhər - Almatı (Qazaxıstan) və Pekin (Çin) mübarizə aparacaqlar. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci il Qış Olimpiadasına ev sahibliyi etmək hüququ uğrunda namizədlərin siyahısını 2014-cü il iyul ayında təsdiqləyib.
Qeyd etmək lazımdır ki, BOK-un həmin qərarından sonra Norveç sakinləri 2022-ci il Olimpiadasının Osloda keçirilməsinə dəfələrlə etirazlarını bildiriblər. Olimpiya oyunlarının keçirilməsi ilə bağlı böyük məbləğdə büdcə xərcləri həm sıravi norveçlilərin, həm də krallığın bir çox siyasətçilərinin bu ambisiyalı layihəyə skeptik münasibətinə səbəb olub.