DÜNYA


Norveç dənizində qazma platformasında yanğın baş verib

A+ A

Stokholm, 23 noyabr, AZƏRTAC

Norveç dənizində “Scarabeo 5” qazma platformasında iri yanma ocağının yaranması ilə əlaqədar stansiyanın əməkdaşları təxliyə edilib.

Bu barədə Norveç KİV-ləri “Statoil” Dövlət Neft Şirkətinin yaydığı məlumata istinadla xəbər verirlər.

Məlumata görə, “Scarabeo 5” qazma platformasında yanma noyabrın 22-də yerli vaxtla 17.30-da qeydə alınıb. Şirkətdən bildiriblər ki, yanma zamanı platformada olan 106 əməkdaşdan azı 33 nəfəri dərhal vertolyotlarla başqa platformaya təxliyə edilib.

Yanğın bir saat müddətində söndürülüb. Buna görə də şirkətin platformada qalan əməkdaşları təxliyə edilməyib, hərçənd onları xilasetmə qayıqlarına yerləşdiriblər. Xoşbəxtlikdən, yanğın nəticəsində insan tələfatı olmayıb.

Şirkətdən bildiriblər ki, yanmanın səbəblərini üzə çıxarmaq üçün daxili araşdırma işlərinə başlanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.