DÜNYA


Norveç korporativ vergini azaldır

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Norveç hökuməti korporativ vergini azaltmaq və 2017-ci il büdcəsi çərçivəsində maliyyə sahəsindən vergi daxilolmalarını artırmaq niyyətindədir.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, parlamentin qəbul etdiyi vergi islahatlarına uyğun olaraq, korporativ vergi 2017-ci ildə 26 faizdən 25 faizə, 2018-ci ildə isə 23 faizədək aşağı salınacaq.

Bununla belə, korporativ vergi dərəcələrinin azaldılması maliyyə sektorunda çalışan şirkətlərə şamil edilməyəcək. Bu şirkətlər 25 faizlə vergi ödəməyə davam edəcəklər. Hökumət həmçinin bu cür firmalar üçün maliyyə fəaliyyəti üzrə əməkhaqqından tutulmaqla 5 faiz dərəcəsi üzrə yeni vergi tətbiq olunmasını təklif edib.

Hökumət tərəfindən bildirilib ki, 2017-ci ilin büdcəsi iqtisadi artımın stimullaşdırılmasına yönəldilib. Biznesə investisiya axınlarının gücləndirilməsi məqsədilə xalis aktivlər üçün verginin azaldılması da təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.