DÜNYA


Norveç neft hasilatını son 5 ilin maksimum səviyyəsinə çatdırıb

A+ A

Bakı, 17 avqust, Nihad Budaqov, AZƏRTAC

Bu ilin iyulunda Norveçin neft hasilatı 2001-ci ilin mart ayından indiyədək maksimum həcmə - gündəlik 1,73 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveç Neft Direktorluğunun (Norwegian Petroleum Directorate) yaydığı məlumatda deyilir. Bildirilir ki, cari ilin iyulunda ölkədə neft hasilatı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Buna səbəb kimi İtaliyanın “ENI S.p.a” şirkətinin Norveçin “Goliat” yatağında hasilata başlamasıdır. Yatağın hasilatı gündəlik 100 min barrel qiymətləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.