REGİONLAR


Norveç səfiri: Lənkəranda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur

A+ A

Lənkəran, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəranda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Norveçin ölkəmizdəki səfiri Bord İvar Svendsen cənub bölgəsinə səfəri çərçivəsində noyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşündə deyib.

Görüşdə norveçli diplomata rayonun tarixi, coğrafi mövqeyi, əhalisi və iqtisadiyyatı barədə ətraflı məlumat verilib, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Lənkərana ilk dəfə səfər etdiyini vurğulayan qonaq rayonda turizmin inkişafı üçün geniş imkanların olduğunu bildirib. O, Lənkəranda müxtəlif xalqların nümayəndələrinin mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasını tolerantlığın bariz nümunəsi kimi dəyərləndirib.

Səfir Bord İvar Svendsen səfər çərçivəsində “Yaşıl çay” təsərrüfatı, sitrus bağı, konserv və mexanikləşdirmə zavodları ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.