ELM VƏ TƏHSİL
Norveç səyyahı Tur Heyerdalın anadan olmasının 101 illiyi qeyd edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Qərb Universitetində görkəmli Norveç etnoqrafı və səyyahı Tur Heyerdalın anadan olmasının 101 illiyinə həsr olunmuş “Odinin izi ilə” Azərbaycandan Norveçə” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Norveç arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən, iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açılıb.
Qeyd edilib ki, Azərbaycan və Norveç arasında qarşılıqlı əlaqələrin siyasi müstəvidə aparılması yeni dövrə təsadüf etsə də, tarixi əlaqələr qədim köklərə malikdir.
Sonra Tur Heyerdalın “Kon-tiki” və digər səyahətləri barədə ətraflı məlumat verilib, “Odin nəzəriyyəsi” mövzusunda mühazirə dinlənilib.