DÜNYA


Norveçdə avtonom gəmilər suya buraxılıb

Bakı, 31 iyul, AZƏRTAC

Norveçin “Yara” kimya konserni və “Kongsberg Group” şirkəti “ağıllı” yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.

AZƏRTAC “Belta” resursuna istinadən xəbər verir ki, 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk “ağıllı” gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır.

Məlumata görə, hazırda onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar. Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq.

Həmçinin bildirilir ki, bir elektrik “Yara Birkeland” gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.