DÜNYA


Norveçdə neft məhsulları ilə evlərin qızdırılması qadağan olunub

Bakı, 16 iyun, Nihad Budaqov, AZƏRTAC

Dünyanın ən böyük neft istehsalçılarından olan Norveçdə neft məhsullarından istilik alınması üçün istifadə edilməsi qadağan edilib.

AZƏRTAC xəbər verir ki, Norveç hökumətinin mənzillərin, ticarət mərkəzləri və dövlət binalarının neft məhsulları ilə qızdırılmasını qadağan edən sərəncamı bu gündən qüvvəyə minib.

Norveçin iqlim və ətraf mühit naziri Vidar Helgesen elektrik xətlərinin olmadığı ucqar kənd və regionlarda mənzillərin qızdırılmasının bu qadağaya şamil edilmədiyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.