MƏDƏNİYYƏT


Norveçin Tord Qustavsen kvarteti Bakıda konsert verəcək

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Norveçin dünyaca məşhur Tord Qustavsen kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 26-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.

Konsertdə kvartet öz repertuarı ilə yanaşı, dünya caz musiqisinə də müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalında dünyanın bir sıra tanınmış caz ifaçıları iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.