DÜNYA
Norveçin neft hasilatı apreldə azalıb
Bakı, 20 may, Nihad Budaqov, AZƏRTAC
Norveçin neft hasilatı apreldə gündəlik 2 faiz azalıb.
AZƏRTAC Norveç Neft Direktorluğuna istinadla xəbər verir ki, ölkədə neft hasilatı bu ilin mart ayı ilə müqayisədə apreldə gündəlik 2 faiz azalıb. Apreldə neft hasilatı ötən ilin eyni ayına nisbətən isə təxminən 4,2 faiz artıb.
Aprel ayında Norveçdə gündəlik hasilat təxminən 2,11 milyon barrel neft və kondensat olub. Bu rəqəm mart ayı ilə müqayisədə sutkada 38 min barrel azalma deməkdir.
Ölkənin qaz satışı isə aprel ayında 10,6 milyard kubmetr olub və martla müqayisədə 400 milyon kubmetr azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]