MƏDƏNİYYƏT


Norveçli musiqişünaslar Bakı Musiqi Akademiyasında ustad dərsləri keçib

Bakı, 18 may, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Norveçin “Oslo kammerakademi” ansamblının solistlərinin qaboy, fleyta, faqot, klarnet, kontrabas və valtorna ixtisasları üzrə ustad dərsləri təşkil olunub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, ustad dərslərində akademiyanın müəllim və tələbə heyəti ilə yanaşı, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri də iştirak edib.

Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen ustad dərslərindən əvvəl BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli ilə görüşərək təşkilati və yaradıcı məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İki gün davam edən ustad dərslərinə Oslo kamera ansamblının Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan ilə Norveç arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə və Norveçin konstitusiya gününə həsr olunmuş təntənəli konsert proqramı ilə yekun vurulub.

Ustad dərsləri və konsert proqramı maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.