MƏDƏNİYYƏT


Norveçli piano ifaçısı Tord Qustavsen Bakıda konsert verib

A+ A

Bakı, 26 oktyabr, Flora Şükürova, AZƏRTAC

Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində norveçli piano ifaçısı Tord Qustavsen və kvarteti konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutub.

İfaçının səhnədə səsləndirdiyi caz nömrələri maraqla qarşılanıb.

Təqdim olunan kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonik şəkildə olması ilə seçilib. Səslənən musiqi nömrələrində istedadlı ifaçı üslub və ritmlərin mükəmməl sintezini ustalıqla canlandırıb.

Müxtəlif janrların sintezindən ibarət universal musiqi üslubunun nümayiş olunduğu konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.