REGİONLAR


Norveçli tarixçi: Azərbaycanda ilk xristian kilsələri məhz albanlar tərəfindən inşa edilib VİDEO

A+ A

Qəbələ, 20 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Ermənilər Azərbaycan ərazisində xristianlığın yayılmasında guya onların rolunun olması ilə bağlı əsassız iddialar irəli sürsələr də, sübut olunub ki, burada xristianlıq alban tarixi ilə bağlıdır. İlk xristian kilsələri məhz albanlar tərəfindən inşa edilib.

Bu sözləri Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda iştirak edən Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktor, albanşünas alim Byorn Veqqe AZƏRTAC-a müsahibəsində bildirib.

Byorn Veqqe deyib: “Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların dilinə, dininə, mədəniyyətinə böyük hörmət göstərilir. Azərbaycana səfər etmək mənə hər zaman xoşdur. Dəfələrlə apardığım araşdırmalardan belə nəticəyə gəlirəm ki, Qafqaz Albaniyasında ilk kilsələr Kiş kəndində yaradılıb. Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Alban Apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır. Bununla bağlı hətta 609-cu ildə Abram adlı keşişin məktubunda da göstərilir ki, Qafqaz Albaniyası ərazisində xristianlıq yayılır və burada bir din kimi mütəşəkkil tapır. Ermənilər Azərbaycan ərazisində xristianlığın yayılmasında guya onların rolunun olması ilə bağlı əsassız iddialar irəli sürsələr də sübut olunub ki, burada xristianlıq alban tarixi ilə bağlıdır. İlk xristian kilsələri məhz albanlar tərəfindən inşa edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.