İQTİSADİYYAT
“Notizie Geopolitiche” portalı Azərbaycan-İtaliya iqtisadi əlaqələrini təhlil edib
Roma, 10 oktyabr, AZƏRTAC
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin təhlil olunduğu məqalə yerləşdirilib. Məqalədə deyilir ki, Azərbaycan ilə İtaliya arasında iqtisadiyyat sahəsində əməkdaşlıq getdikcə genişlənməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi beş milyard ABŞ dollarından artıq olub. TAP layihəsinin reallaşması ilə bu əlaqələr daha da genişlənəcək. Müəllif TAP layihəsinin əhəmiyyəti haqqında ətraflı məlumat verir.
Məqalədə, həmçinin Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun fikirlərinə yer verilib. Nazir müavini bildirib ki, Azərbaycanda 66 İtaliya investisiyalı şirkət qeydiyyatdan keçib. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma