İDMAN


“Nou Kamp” stadionu Yohan Kroyfun adını daşıya bilər

A+ A

Bakı, 28 mart, AZƏRTAC

“Barselona” futbol klubunun stadionu “Nou Kamp”a dörd gün əvvəl vəfat edən Yohan Kroyfun adı verilə bilər.

AZƏRTAC “Sport” qəzetinə istinadən xəbər verir ki, martın 29-da klubun direktorlar şurası məsələnin müzakirəsi üçün növbədənkənar yığıncaq təşkil edəcək. İclasda kataloniyalı azarkeşlərin “Nou Kamp”ın adını dəyişdırılıb əfsanəvi hollandın adına verilməsi təklifi ilə yanaşı Kroyfun çıxış etdiyi “14” nömrəsinin əbədiləşdirilməsi məsələsi də gündəmdə olacaq. Hazırda bu nömrə ilə “Barselona”nın yarımmüdafiəçisi Havyer Maskerano çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.