DÜNYA


“Novatek” 2018-ci ildən İspaniyanın “Gas Natural Fenosa” şirkətinə LNG ixracına başlayacaq

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın ən iri özəl qaz istehsalçısı olan “Novatek” şirkəti 2018-ci ildən İspaniyanın “Gas Natural Fenosa” şirkətinə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına başlayacaq.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bunu “Novatek” şirkətinin rəhbəri Leonid Mikelson deyib.

İki şirkət 2013-cü ildə 25 illik uzunmüddətli müqavilə imzalayıb. 33 milyard 53 milyon dollar dəyərindəki müqaviləyə görə, “Novatek” “Yamal LNG” layihəsindən əldə etdiyi təbii qazdan ildə 2,5 milyon tonunu ispan şirkətinə göndərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.