Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Növbəli əkin sisteminin tətbiqi ilə hər rotasiyadan sonra torpağın təbii münbitliyi artır

Bakı, 13 sentyabr (AZƏRTAC). “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qeyd edilib ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində saxlanmalıdır. 2015-ci ilədək tələbatı daxili istehsal hesabına tam ödəmək üçün taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığı yüksəltməkdir. Bu məqsədlə vahid əkin sahəsindən yüksək məhsul alınması və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir. Yalnız səmərəli əkinçilik sistemi torpaqdan düzgün istifadə edilməsini, ən az əmək və vəsait sərf etməklə ən çox məhsul alınmasını təmin edir.

Əkin sahələrindən səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki tədbirlər içərisində növbəli əkinlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsi müdirinin müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru İmran Cümşüdovun analitik yazısında növbəli əkinlərin tətbiqi və onun əhəmiyyəti barədə fikirlər əksini tapıb.

AZƏRTAC həmin yazını təqdim edir:

- Kənd təsərrüfatı bitkilərinin və eləcə də heriyin zaman və məkan daxilində elmi cəhətdən əsaslandırılmış qaydada tarlada biri-birini əvəz etməsinə növbəli əkin deyilir. Növbəli əkində iştirak edən bitkilərin və heriyin bütün tarlalardan keçərək öz əvvəlki yerinə qayıtdığı müddət rotasiya dövrü adlanır. Təsərrüfatın ixtisaslaşma istiqamətindən asılı olaraq növbəli əkində iştirak edəcək bitkilər seçilərək rotasiya cədvəli hazırlanır.

Müəyyən edilib ki, növbəli əkin sisteminin tətbiqi ilə hər rotasiyadan sonra torpağın təbii münbitliyi artır və bununla da becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəlir. Birillik və çoxillik paxlalı ot bitkilərinin, sideratların əkin dövriyyəsinə daxil edilməsi üzvi-bioloji əkinçiliyin tərkib hissələrindən biridir.

Bitkilərin elmi əsaslandırılmış qaydada növbələşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını və onlardan səmərəli istifadə olunmasını, əlverişli su-fiziki xüsusiyyətlər yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmasını təmin edir. Əgər bir bitki rotasiya müddətində və daha çox eyni tarlada becərilərsə, bu cür əkinlər fasiləsiz və ya monokultura əkinləri adlanır.

Elmi ədəbiyyatlarda göstərilir ki, eyni bitki bir sahədə uzun müddət becərildikdə torpaqda fitotoksiki maddələr toplanır. Bu maddələr fasiləsiz əkinlərdə toxumun cücərməsinə, bitkilərin normal böyüyüb inkişaf etməsinə mənfi təsir göstərərək məhsuldarlığı və məhsulun keyfiyyətini aşağı salır.

Müxtəlif bitkilər bioloji xüsusiyyətlərindən və becərilmə texnologiyasından asılı olaraq növbəli əkinə müxtəlif cür həssaslıq göstərir. Çünki bitki fiziologiyası və aqrokimya elmləri çoxdan müəyyən ediblər ki, ayrı-ayrı bitkilərin kök sisteminin torpağın müxtəlif dərinliyinə getməsi ilə əlaqədar olaraq onlar torpaqdan müxtəlif miqdarda müxtəlif qida maddələri mənimsəyirlər.

Bu isə o deməkdir ki, yalnız qısa köklü bitkilər becərildikdə torpağın üst qatları zəifləşəcək və məhsuldarlıq aşağı düşəcək, torpağın alt qatları isə istifadə olunmamış qalacaqdır. Torpaqdakı qida maddələri ehtiyatlarından tam istifadə etmək üçün bitkiləri növbələşdirmək lazımdır. Elmin və qabaqcıl təcrübələrin nailiyyətləri göstərir ki, iki il dalbadal yonca becərilən sahədə növbəti il əkilən pambıqdan daha yüksək və keyfiyyətli məhsul götürmək olar. Yonca iki il ərzində torpağın hər hektarında 300 kiloqramadək, bəzən isə daha çox azot toplayır. Onun kök sistemi torpağın aqrofiziki xüsusiyyətlərini yaxşılaşdırır. Şorlaşmaya meyil göstərən torpaqlarda yoncanın kökləri biodrenaj rolunu oynayır. Ona görə də pambığın ən yaxşı sələfi yoncadır. Yonca, eyni zamanda, digər dənli və dənli-sünbüllü bitkilər üçün yaxşı sələfdir.

Cərgəarası becərilən bitkilər - pambıq, qarğıdalı, çuğundur və başqaları növbəli əkində alaq otlarından əziyyət çəkən bir sıra bitkilər üçün yaxşı sələfdirlər. Cərgəarası becərilən bitkilər bütün vegetasiya dövrü ərzində alaq otlarına qarşı mexaniki mübarizə aparmağa imkan verir, buna görə də onların məhsulları yığıldıqdan sonra torpaq çox təmiz qalır.

Bir çox bitkilərin ziyanvericiləri və xəstəlik törədiciləri ümumi olduğu üçün onları bir-biri ilə növbələşdirmək olmaz. Məsələn, arpa sələfindən sonra buğda, kartof sələfindən sonra pomidor, çuğundur yerinə çuğundur, noxud yerinə noxud yerləşdirmək məsləhət deyildir.

Taxılçılıqla məşğul olan istehsalçılar uzun müddət əkin sahələrində tətbiq etdikləri monokultura (fasiləsiz) əkinçilik sistemindən əl çəkib suvarılan bölgələrdə intensiv əkinçilik sisteminə keçməklə torpaqdan daha səmərəli istifadə etməyə imkan verən cərgəarası becərilən kənd təsərrüfatı bitkilərinin dəmyə bölgələrində isə qara və bitkili heriklərin əkin sahələrini genişləndirməsi yolu ilə torpaqların təbii münbitliyini bərpa edərək becərdikləri bitkilərin məhsuldarlığının yüksəlməsinə nail ola bilərlər. Respublikamızın əkin sahələrinin quruluşu yenidən nəzərdən keçirilməli və bölgələrə uyğun optimal əkin strukturu yaradılmalıdır. Respublika üzrə növbəli əkin sistemində cərgəarası becərilən bitkilər ümumi əkin sahəsinin 19-20 faizini tutur. Mövcud şəraitdə dənli-sünbüllü bitkilərin növbəli əkin dövriyyəsində xüsusi çəkisinin 78-80 faiz olması həddən artıq yüksəkdir.

Respublikamızda taxılçılığı inkişaf etdirmək üçün tərtib olunan növbəli əkin sistemində taxılın xüsusi çəkisinin 67 faizdən çox olması tövsiyə olunmur. Ona görə də ümumi əkin dövriyyəsində cərgəarası becərilən və eləcə də dənli-paxlalı yem bitkilərinin xüsusi çəkisini artırmaq tövsiyə edilir.

Qara heriyi növbəli əkin dövriyyəsində əvəz edən əsas və gəlirli bitki noxud hesab edilir. Dəmyə bölgələri üçün, noxud-buğda–arpa və ya noxud-buğda-buğda tipli qısa rotasiyalı növbəli əkinlərdən istifadə edilməsi tövsiyə olunur.

Respublikada taxıl və yem istehsalını artırmaq üçün əlavə ehtiyat mənbələrindən istifadə edərək suvarılan aran bölgələrdə minimal və sıfır torpaq becərmə texnologiyalarını tətbiq etməklə aralıq əkinlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Növbəli əkin tarlalarında istifadə edilən əsas bitkilərin birinin məhsulunun yığılmasından digərinin toxumunun səpilməsinə qədər olan müddətdə əkilən bitkilər aralıq bitkiləri, həmin bitkilərin becərildiyi sahə isə aralıq əkinləri adlanır. Məsələn, payızlıq taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra həmin sahəyə yenidən taxıl əkmək üçün sahə 90-120, yazlıq bitkilər əkmək üçün isə 220-250 gün boş qalır. Bu müddətdə torpağa düşən atmosfer çöküntülərinin miqdarı 150-180 millimetrə, bioloji fəal temperaturun cəmi isə 1800-21000 C°-yə çatır ki, bu da ümumi illik aqroiqlim ehtiyatının 30-40 faizini təşkil edir.

Vegetasiya müddəti az olan bitkilərdən istifadə etməklə həmin miqdar aqroiqlim ehtiyatı hesabına əlavə ikinci məhsul almaq mümkündür. Aparılan bir çox tədqiqatların nəticələri göstərir ki, fəal temperaturun cəmi 4000-4500 C° olan aran rayonlarının suvarma şəraitində il ərzində eyni əkin sahəsindən iki-üç məhsul əldə etmək mümkündür.

Aralıq bitkiləri növbəli əkin tarlalarında alaqların miqdarını 35-50 faiz azaldır. Aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır. Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun struktur vəziyyətini yaxşılaşdırır. Taxıl biçinindən sonra kövşənliklərə şum etmədən birbaşa və ya minimal torpaq becərməsi üsulu ilə qarğıdalı, günəbaxan, soya, darı və tərəvəz toxumları səpilir. Hazırda kövşənliyə aralıq bitkisi kimi ən çox qarğıdalı əkilir. Aparılan bir çox təcrübələr, habelə təsərrüfat səpinlərində əldə edilən məlumatlar göstərir ki, kövşənlik bitkisi kimi becərilən qarğıdalı sahəsinin hər hektarından 400-500 sentner yaşıl kütlə və ya 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.

Ona görə də növbəli əkin tarlalarında aralıq bitkilərinin geniş tətbiq edilməsi taxıl və yem istehsalının artırılması, torpağın fitosanitar və münbitlik vəziyyətinin yaxşılaşdırılması ilə bərabər, məhsul istehsalçılarının əlavə gəlir əldə etmələrinə səbəb olar.

Beləliklə, əkin dövriyyəsinə aqrobioloji xüsusiyyətlərinə görə fərqlənən bitkilərin daxil edilməsi sayəsində bioloji müxtəliflik yaranmaqla monokulturadan imtina olunur, becərilən bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti yüksəlir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb