CƏMİYYƏT


Növbəti “Uşaqlar üçün laboratoriya” suyun insan həyatında roluna həsr olunacaq

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində iyulun 16-da növbəti təlim təşkil olunacaq.

IDEA-dan AZƏRTAC-a bildirilib ki, iyul təlimi suyun insan həyatında roluna və planetimiz üçün əhəmiyyətinə həsr olunacaq. Təlim zamanı uşaqlara su və onun xüsusiyyətləri barədə danışılacaq, suyun qorunması, qənaətlə istifadə olunması və təmiz saxlanılması yolları izah ediləcək. Eyni zamanda, gənc təbiətsevərlər açıq havada su ilə bağlı bir sıra sınaqların keçirilməsində iştirak edəcəklər.

İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda suyun vacibliyi ilə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.

Təlim IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçiriləcək. “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.