REGİONLAR


Növbəti dərs ilində Masallının dörd kəndində yeni məktəb binaları istifadəyə veriləcək

A+ A

Masallı, 13 avqust, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Masallı rayonunun dörd kəndində yeni məktəb binaları inşa edilir.

AZƏRTAC xəbər verir ki, yeni dərs ilində istifadəyə veriləcək 140 şagird yerlik Dəlləkoba və Çayqırağı, 180 şagird yerlik Şatroba və 120 şagird yerlik Zuvand kənd orta məktəblərinin yeni binalarının tikintisində son tamamlama işləri görülür.

Qeyd edək ki, son üç ildə Masallı rayonunda 36 məktəb binası tikilib istifadəyə verilib, 7 təhsil ocağı isə əsaslı təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.