İDMAN


Növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqada iştirak etmək üçün lisenziya əldə etmiş futbol klublarının nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublara müvafiq lisenziyalar təqdim olunub. Həmçinin Zöhrab Hacıyev (“Neftçi”) ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri, Mənsurə Məmmədova (“Kəpəz”) isə ən yaxşı maliyyə meneceri üzrə xüsusi sertifikatlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.