İQTİSADİYYAT


Növbəti nəsil “iPhone” şüşə korpusla təchiz ediləcək

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Daha çox "Foxconn" brendi kimi tanınan "Hon Hai Precision Industry" şirkəti "iPhone" smartfonu üçün şüşədən korpus hazırlayır. Bu haqda Yaponiyanın "Nikkei" nəşri yazıb.

AZƏRTAC “cnews.ru” saytına istinadla xəbər ki, 2017-ci ildə "Apple" şirkəti aparatı şüşə korpusa yerləşdirməklə "iPhone"un dizaynını dəyişdirməyi planlaşdırır. Bu yeniliyə imza atmaq istəyən şirkət istehlakçıların marağını geri qaytarmaq barədə düşünür.

"Nikkei" nəşrinin mənbəyi dəqiqləşdirib ki, "Foxconn" 2015-ci ildən şüşə korpusların hazırlanması ilə məşğul olur.

Bundan əvvəl mənbələr yazır ki, 2017-ci ildə "Apple" şirkəti metal çərçivə ilə haşiyələnmiş şüşə panellərdən ibarət korpusla təchiz edilmiş "iPhone" smartfonu buraxacaq. Həmçinin qurğu maye kristal ekranla deyil, "OLED" texnologiyasına əsaslanan ekranla təchiz ediləcək. Bütün bu dəyişikliklər nəticəsində qurğunun çəkisi azalacaq və onun enerji effektivliyini yüksəldəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.