CƏMİYYƏT


Növbəti səyyar qəbul Suraxanı və Xətai rayonları üzrə keçiriləcək

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 11-də paytaxtın Suraxanı və Xətai rayonları üzrə səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 27 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən öyrəniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.