ELM VƏ TƏHSİL


Növbəti səyyar qəbul Suraxanı və Xətai rayonlarında keçirilib

A+ A

Bakı, 16 dekabr, AZƏRTAC 

Dekabrın 16-da Bakıdakı 318 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşlar işə qəbul, dərs saatının artırılması, ixtisasartırma kurslarına cəlbolunma və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların bütün müraciətləri qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.