CƏMİYYƏT


Növbəti səyyar qəbul oktyabrın 14-də keçiriləcək

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul oktyabrın 14-də 18 nömrəli orta məktəbdə keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbula Səbail, Qaradağ və Yasamal rayonları məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 10-da başlanacaq.

Görüşlər müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparmaq məqsədilə təşkil olunur.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.