ELM VƏ TƏHSİL
Növbəti səyyar qəbullar Nəsimi və Xətai rayonlarında keçiriləcək
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar noyabrın 29-da paytaxtın Nəsimi və Xətai rayonlarında keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonu üzrə 9 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 5-292, 9, 14, 19, 247, 266 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Xətai rayonu üzrə 171 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 24, 171, 191, 204, 260, 263, 264 və 265 nömrəli məktəblərin müəllim və valideynləri müraciət etmək hüququna malikdirlər.
Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.